Accessibility links

Birmada hərbi rəsmilər arasında fikir ayrılığı yaranıb


BMT nümayəndəsinin bu gün açıqlayacağı hesabatda Birmada demokratiya tərəfarlarına qanlı vəhşiliklərin törədilməsini göstərəcəyi gözlənilir. Buna baxmayaraq, hərbi hökumət hələ də zorakılıqlardan əl çəkmir. Şahidlərin sözlərinə görə, Ranqunda gecə həyata keçirilən əməliyyatda onlarla insan həbs edilib. Səhər saatlarında isə qoşunlar bütün küçələrə güclü nəzarət edirlər. Artıq hərbçilər arasında fikir ayrılığı yaranıb. Bəzi ordu rəsmiləri əmrləri yerinə yetirməkdən imtina edirlər. Keçmiş generallardan biri Amerikanın səsinə verdiyi açıqlamasında deyib ki, o, zorakılıq əmrlərini yerinə yetirə bilmədiyi üçün Birmadan çıxıb. Hazırda ölkədə nələr baş verməsini dəqiqliyi ilə demək çətindir. Hərbi hökumət ölkənin internet sistemini bloklaşdırıb, telekommunikasiyaya məhdudiyyət qoyub və xarici jurnalistləri Birmaya buraxmır.
XS
SM
MD
LG