Accessibility links

Calal Talabani İraqın Çindən silah alacağını deyib


ABŞ-da səfərdə olan Iraq prezidenti Calal Talabani Vaşinqton Post qəzetinə verdiyi müsahibəsində deyib ki, İraq hökuməti Çindən 100 milyon dollar məbləğındə yüngül silah alır. O deyib ki, İraq polisi tərəfindən istifadə ediləcək bu silahları Birləşmiş Ştatlar lazım olan müddətdə təmin edə bilməzdi. O, Birləşmiş Ştatlardan satın alınan silahların İraqa təhvil verilməsinin də çox vaxt apardığını qeyd edib. İraq prezidenti ABŞ-ın silah şirkətlərinin istehsal həcminin İraqın tələblərini tam ödəyə bilmədiyini deyib.

Cənab Talabani Vaşinqtona səfəri zamanı prezident Buşla da görüşüb. O, İraq ordusunun gücləndirilməsi üçün ehtiyac olan silahların bu ölkəyə daha sürətlə göndərilməsi üçün yollar axtarılmasına çağırıb.

ABŞ rəsmiləri də İraqa silahların vaxdında göndərilməsi ilə bağlı problemlərin mövcud olduğunu təsdiq ediblər. ABŞ rəsmiləri bunu da qeyd ediblər ki, İraqa verilən təqribən 200 ton silahın harada olduğu bilinmir. Onlar bu silahların üsyançıların əlinə keçməsindən narahatdırlar.

XS
SM
MD
LG