Əfqanıstanın cənubundakı Helmənd vilayətinin Səngin şəhərinin hərbi binasının yaxınlığında bir intiharçının bomba partlayışı nəticəsində iki uşaq həlak olub. Birləşmiş Ştatların hərbçiləri Əfqanıstanın cənub şərqində Əfqan və koalisiya hərbi qüvvələrilə taliban yaraqlıları arasında baş verən vuruşmalarda bir neçə mülki vətəndaşın öldüyünü bildirirlər. Onlar deyirlər ki, Əfqan və Koalisiya qüvvələri Paktiya vilayətində yaraqlıların olduğu evə reyd təşkil edəndə hücuma məruz qalıblar. Əməliyyatda bir neçə taliban yaraqlısı öldürülüb. Əfqan liderləri ölkədə olan 50 min xarici hərbi qüvvəni mülki vətəndaşların həlak olmalarının qarşısının almağa çağırıblar. Koalisiya və NATO-nun başçılıq etdiyi hərbi qüvvvələr taliban yaraqlılarının mülki vətəndaşların yerləşdiyi bölgələrdən onlara qarşı hücum etdiklərini bildirirlər.