Accessibility links

Katın faciəsinin ildönümü təxirə salınıb


Polşa prezidenti Lex Kaçinski II Dünya müharibəsində sovet ordusu tərəfindən ölkə zabitlərinin kütləvi şəkildə öldürülməsinə həsr edilmiş xatirə mərasimini təxirə salıb. Cənab Kaçinski bu məsələni siyasiləşdirməkdə ittiham olunur. Katın qırğınının ildönüm mərasimi parlament seçkiləri ilə əlaqədar olaraq həmişikindən bir neçə ay əvvəl keçirilməli idi. Prezidentin qardaşı Yaroslav Kaçinski seçkilərdə iştirak edib, yenidən baş nazir seçilmək istəyir. Atasını bu qırğında itirən, müxalif siyasətçi və kino prodüseri Andrey Vayda mərasimin seçki kampaniyasının tərkib hissəsinə daxil edilməsini kəskin tənqid edib. Qeyd edək ki, o, bu yaxınlarda Katın faicəsi haqda yeni kino çəkmişdi.
XS
SM
MD
LG