Böyük Britaniya baş naziri Qordon Braun Birmada demokratiya tərəfdarlarına edilən zorakılıqlarla bağlı hökumətə kəskin sanksiyaların qoyulmasını istəyir. Baş nazir bu gün Birmanın bir qrup demokratiya fəalı və rahiblərlə görüşüb. O deyir ki, Birmada etirazların başladığı ilk gündən dünyanın böyük bir hissəsi hərbi hökumətin əleyhinə çıxıb. Cənab Braun Birmada vəhşilikləri dayandırmaq üçün beynəlxalq cəhdləri dəstəklədiyini və hərbi hökumətə yeni sanksiyaların qoyulmasını istədiyini deyib. “Mən inanıram ki, Birmada rəsmilərin göstərdiyi 10 nəfərdən dəfələrlə çox insan həlak olub. Həbs olunanların vəziyyətindən də narahatam” – deyə o bildirib.