Accessibility links

Məşhurlar Politkovskayanın qatillərinin tapılmasını tələb edir


Dünyanın 60-dan çox tanınmış insanı Rusiya rəsmilərini jurnalist Anna Politkovskayanın qatillərini tapıb məhkum etməyə çağıran məktuba imza atıb. Məktub bu gün, xanım Politkovskayanın qətlinin birnci ildönümü ərəfəsində Londonda nəşr edilən “The Times” qəzetində dərc olunub. Məktuba imza atanlar arasında Nobel mükafatını laureatı Desmond Tutu, amerikalı aktrisa Susan Sarandon, Çex Respublikasının sabiq prezidenti Vatslav Havel və digərləri olub. İmza atanlar Rusiya rəsmilərini jurnalistləri qorumağa çağırırlar. Politkovskaya prezident Vladimir Putinin sərt tənqidçisi idi və Çeçenistanda insan hüquqlarının pozulması barədə tənqidi məqalələr yazırdı. Politkovskayanın qətlinin ildönümü ilə əlaqədar Moskvada sabiq baş nazir Mixail Kasyanovun rəhbərlik etdiyi müxalifət qrupları nümayiş keçirməyə planlaşdırırlar.
XS
SM
MD
LG