Accessibility links

Birmada 6000 etirazçının həbs olunduğu deyilir


Birma hərbi hökuməti sorğu-sual üçün 78 demokratiya fəalını həbs etdiyini bildirib. “Nyu Layt of Myanmar” qəzetinin yazdığına görə, həbs edilən 1200 nəfər bir daha aksiyalarda iştirak etməyəcəklərinə söz verəndən sonra azad buraxılıblar. Onların yarıdan çoxu buddist rahiblər olub. Qəzet 135 rahibin hələ də həbsxanada olduğunu bildirib. Ancaq diplomat və dissident qrupları tutulanların sayının 6000-ə yaxın olduğunu deyirlər. Şahidlərin sözlərin görə, bu gün Ranqunda daha az polis işçisi gözə dəyir. Rəsmilər polislə fəallar arasında baş verən toqquşma yeri – Şedaqon və Sule paqodasındakı barikadaları yığışdırıb. Qeyd edək ki, buradakı qarşıdurma zamanı onlarla insan həlak olmuşdu.
XS
SM
MD
LG