Accessibility links

Birmadakı Buddist monastırlara ianə paylanıb


Buddist rahiblərin başçılığı altında üsyanı yatırdıqdan sonra Birmanın hərbi hökuməti deyir ki, o, Buddist monastırlarına minlərlə dollar ianə verib. Myanmarın Yeni İşığı adlı dövlət qəzeti yazır ki, hərbçilər və onların ailələri adından 50-dən çox monastıra ərzaq və dərman paylanıb.

Axtarışda olan bir rahib Amerikanın Səsinə bildirib ki, monastırlar pulu almağa məcbur edilib. O, deyib ki, rahiblər pulu çirkli hesab edir və onu işlətməkdən imtina edirlər.

Birmanın Buddist rahibləri ötən ay hərbiçilərdən pul almağı dayandıraraq, demokratik hərəkata liderlik etdilər. Hərbçilər ölümcül qüvvədən istifadə edərək nümayişləri dayandırdı.

XS
SM
MD
LG