Accessibility links

Fransa prezidenti rəsmi səfərlə Rusiyaya yola düşür


Fransa prezidenti Nikola Sarkozy Rusiya prezidenti Vladimir Putinlə İranın nüvə proqramı və digər məsələlərlə əlaqədar danışıqlar məqsədi ilə bu gün Moskvaya yola düşür. Bu, cənab Sarkozinin may ayında Fransa prezidenti seçilməsindən sonra Rusiyaya ilk rəsmi səfəridir. Qeyd edək ki, cənab Sarkozi bundan əvvəl Rusiyanı insan hüquqlarını pozmaqda və eneji resurslarından qonşularına təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırıb. Fransa prezidenti eləcə də, İrana nüvə proqramı ilə əlaqədar sanksiyalar qoyulmasına çağırmışdı. Moskva isə sanksiyalardan əvvəl məsələnin diplomatik yollarla həllini istəyir.

Rusiyanın Rossiyskaya Qazeta-ya verdiyi müsahibəsində cənab Sarkozi deyib ki, heç kəs Fransanı İranla əlaqədar fikrindən döndərə bilməz. Rusiya xəbərlər agentlikləri iki günlük sammit zamanı liderlərin İraq, Livan, Kosovo və Darfur məsələlərini də müzakirə edəcəklərini bildirir.

XS
SM
MD
LG