2007-ci il fizika üzrə Nobel mükafatları nanotexnologiya sahəsindəki nailiyyətlərə görə, Almaniyadan və Fransadan olan iki alimə verilib. Fransalı Albert Fert və alman Piter Qrunberq kompüter istifadəçilərinə iri miqyasda informasiyanı tez bir zamanda yükləmək imkanı verən cihaz ixtira ediblər.
Royal İsveç Elmlər Akademiyası açıqlamanı bu gün Stokholmda verib. Bəyanatda son ixtira nanotexnologiya sahəsində real proqramlardan biri kimi qiymətləndirilir. Alman və fransız alimləri 1,5 milyon dollar həcmində mükafatı bölüşdürəcəklər. Qeyd edək ki, dünən tibb üzrə Nobel mükafatı amerikalı alimlır Mario Kapeççi və Oliver Smitisə verilib.