Accessibility links

Toni Bler Yaxın Şərqə səfər edib


Yaxın Şərq üzrə sülh nümayəndəsi Toni Bler İsrailin baş naziri Ehud Olmertlə bu gün Qüdsdə görüş keçirib. Görüş zamanı İsrail və Fələstin arasında sülh danışıqlarının təşkili məsələsi müzakirə edilib. Dünən Böyük Britaniyanın sabiq baş naziri Fələstin prezidenti Mahmud Abbasla İordan çayının qərb sahilindəki Ramallah şəhərində keçirdiyi görüş zamanı eyni məsələni müzakirə etmişdi. Abbas və Olmert ötən bazar ertəsi günü iki ölkənin yanaşı yaşaması və sülhün bərqərar edilməsinin yollarının müzakirəsi məqsədi ilə yüksək səviyyəli heyətlərin təşkili barədə razılıq əldə ediblər.

XS
SM
MD
LG