Rusiya prezidenti Vladimir Putin İranın nüvə silahı istehsal etməsini sübut edən heç bir dəlil görmədiyini deyib. Cənab Putin bunu bu gün, Fransa prezidenti Nikola Sarkozi ilə Moskvada görüşündən sonra deyib. O, İranın nüvə fəaliyyətlərinə görə Fransanın və digər dövlətlərin narahatlıqlarını bölüşdüyünü bildirib. Cənab Sarkozi dünən prezident Putinlə görüşündən sonra onların mövqelərinin bir-birinə yaxınlaşdığını bildirib. Bu gün isəFransa prezidenti Moskva Universitetində çıxışı zamanı Rusiyanı daha demokratik cəmiyyət yaratmağa və Rusiya ilə Fransa arasında nüvə enerjisi və aeronavtika kimi sahələr də daxil edilməklə, iqtisadi əlaqələri genişləndirməyə çağırmışdır. Bundan əlavə, cənab Sarkozi dünən Rusiya ilə Kosovanın stasusu barədə də müzakirələr apardığını deyib. Qeyd edək ki, bundan əvvəl cənab Sarkozi Rusiyanı insan hüquqlarını pozmaqda günahlandırmışdı.