Accessibility links

İrakli Okruaşvilinin siyasəti tərk etdiyi bildirilir


Yeni Gürcüstan müxalifətinin üzvləri həbsdən azad edildikdən və prezident Mixail Saakaşviliyə qarşı korrupsiya ittihamlarını geri götürdükdən sonra qrup liderinin siyasəti tərk etdiyini xəbər verir. Vahid Gürcüstan Uğrunda Hərəkatın üzvləri deyirlər ki, sabiq müdafiə naziri İrakli Okruaşvili öz qərarını səhiyyə problemləri ilə əsaslandırıb.

Bu açıqlama rəsmilərin reket, səlahiyyətlərindən sui-istifadə ilə bağlı həbs edilmiş Okruaşvilini 6 milyon dollar zəmanət əvəzində azadlığa buraxmasından sonra verilib. Polis ötən ay Okruaşvilini cənab Saakaşvilini tənqid etməsindən və prezidenti tanınmış biznesmeni öldürmək qəsdində ittiham etməsindən sonra həbs etmişdi.

XS
SM
MD
LG