Accessibility links

İraqdakı hərbi bazaya hücum olub


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin rəsmiləri bildiririlər ki, Bağdad aeroportu yaxınlığındakı Viktori hərbi bazasına edilən hücum nəticəsində koalisiya qüvvələrinin iki əsgəri öldürülüb. Hücum zamanı 40 nəfərin də yaralandığı bildirilir. Keçən ay da bu bazaya edilən raket hücumu bir nəfərin ölümünə, 11 nəfərin yaralanmasına səbəb olmuşdu. ABŞ rəsmiləri hücum zamanı istifadə edilən raketin İranda istehsal edildiyini deyib.

Digər xəbərdə isə Əl-Qaida terroristləri olmaqda şübhələnilənlər tərəfindən dünən İraqda kürd siyasi lideri də daxil eduilməklə, 6 nəfərin qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG