Accessibility links

Keçmiş ABŞ komandiri hökumətin müharibə strategiyasını tənqid edib


Hazırda təqaüddə olan ABŞ-ın və koalisiya qüvvələrinin İraqdakı keçmiş komandiri General-Leytenent Rikardo Sançez Buş administrasiyasını müharibaribə ilə bağlı kəskin tənqid edib. Vəziyyətin, müharibəni sona çatdıra bilməmək vahiməsində olduğunu deyən cənab Sançez, axırıncı dəfə 30 min əsgərin regiona göndərilməsini isə ümüdsüz cəhd adlandırıb. Onun fikrincə, müharibənin başlanğıc planı dəhşətli qüsur və müsbət nailiyyətdən uzaq olub. Tənqidə Buş administrasiyasından böyük reaksiya gəlməyib. Ağ Ev cavabda yalnız bildirib ki, orada çox iş görülməlidir, ancaq inkişaf həmişə olub.

XS
SM
MD
LG