Accessibility links

Türkiyə-ABŞ münasibətləri gərginləşir


Türkiyə mətbuatı ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin Türkiyədə Osmanlı İmperiyası dövründə ermənilərin soyqırıma məruz qalmasına dair qətnamənin təsdiqinə etiraz olraq ticarət naziri Kurşat Tuzmenin Amerika səfərini təxirə saldığını yazır. Anadolu xəbər agentliyinin məlumatında deyilir ki, Tuzmen Nyu-Yorkda keçiriləcək Türkiyə-Amerika investisiya konfransında iştirak etməli idi. Bu gün ABŞ dövlət katibinin yardımçısı Daniel Frid, dövlət katibinin müdafiə məsələri üzrə müavini və Amerikanın Türkiydəki sabiq səfiri Erik Edelman Ankarada Türkiyə hökumətinin rəsmiləri ilə görüş keçirib, gərginliyin azaldılmasına çalışacaq. Xatırladaq ki, Ankara Vaşinqtondakı səfirini geri çağırıb. Prezident Buş qətnamənin NATO-ya üzv, ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinin təchizat tranziti olan Türkiyə ilə münasibətlərə ziyan vuracağı barədə xəbərdarlıq vermişdi. Ağ Ev genosidin təsdiqini Amerikanın milli təhlükəsizliyinə hədə kimi qiymətləndirir.

XS
SM
MD
LG