Accessibility links

İraqın şiə partiyasının üzvü birliyə səsləyir


İraqın ən böyük şiə parityasının aparıcı üzvlərindən biri- Əmmar Əl-Həkim İraqda daimi xarici baza saxlanması fikirni rədd edərək, iraqlıları təriqətlərarası zorakılıqlara son qoyub, birlik nümayiş etdirməyə çağırıb. Əl-Həkim bu gün Bağdadda Ramazan bayramı münasibəti ilə təşkil edilən dua mərasimində atası Əbdül Əziz Əl-Həkimin yerinə danışıb. Qeyd edək ki, İraqın Ali İslamçı Şurasının rəhbəri Əbdül Əziz Əl-Həkim xərçəng xəstəliyi ilə bağlı müalicə altındadır. Bu arada ABŞ hərbiçiləri çərşənbə günü Bağdad yaxınlığında iki Amerika əsgərinin öldürüldüyü, beşinin yaralandığını bu gün elan edib.

XS
SM
MD
LG