Accessibility links

Avropa Birliyi Kosovonun gələcəyinə dair danışıqları sürətləndirməyə çağırır


Avropa Birliyi Serbiya və etnik albanların danışıqlarda vasitəçilərini Serbiyanın mübahisəli Kosovo regionu ilə bağlı gələcək danıqışları sürətləndirməyə çağırıb. Avropa Birliyinin nümayəndəsi Volfqanq İçinger bu gün Brüsseldə deyib ki, BMT-nin Kosovo məsələsinin həllilə bağlı dekabrın 10-a təyin etdiyi son möhlət yaxınlaşır, lakin çox az inkişaf müşahidə olunur. Kosovonun etnik alban liderləri xəbərdarlıq ediblər ki, dekabrın 10-a qədər Belqradla vilayətin gələcəyinə dair razılıq əldə edilməsə, onlar birtərəfli şəkildə vilayətin müstəqilliyini elan edəcəklər. Serbiya Kosovonun tarixi və mədəni baxımdan ölkənin bir hissəsi olduğuna təkid edir və vilayətin tam nəzarətini əldən verməyəcəyini bildirir.
XS
SM
MD
LG