Accessibility links

Spiker Pelozi soyqırıma dair qətnamənin təsdiq oluna biləcəyinə şübhə edir


Konqresin Nümayəndələr Palatasının spikeri deyib ki, o, Osmanlı imperiyası dövrü ermənilərin kütləvi qətllərini soyqırım kimi tanıyan mübahisəli qətnamənin palatada səsverməyə qoyulacağına əmin deyil. Kaliforniya ştatından demokrat qanunverici Nensi Pelozinin sözlərinə görə, bir neçə qanunverici qətnaməyə dəsətyini geri götürdükdən sonra "indi baxmaq lazımdır nə olacaq." Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin üzvü, hərbi məsələlərdə nüfuzlu səsə malik olan konqresmen Con Mürta deyib ki, qətnamə indi səsə qoyulsa təsdiq olmaya bilər. Qanunvericilər qətnaməyə səs verməmək üçün prezident Buş və Türkiyənin maraqlarını təmsil edən lobbiçilərin ciddi təzyiqlərilə qarşılaşmışdır. Ankara terrorizmə qarşı müharibədə ABŞ-a olduqca vacib dəstək verir və xəbərdarlıq edir ki, qətnaqmə qəbul edilsə alyans risklə üzləşə bilər.

XS
SM
MD
LG