Accessibility links

Benazir Bhutto səkkiz ildən sonra vətənə qayıtdı


Pakistanın sabiq baş naziri Benazir Bhutto 8 ildən sonra ilk dəfə vətəninə qayıdıb. Xanım Bhutto Kəraçidə təyyarənin pillərindən göz yaşları içərisində enib. Hava limanında onu əllərində bayraqlar dalğalandıran çoxsayılı tərəfdarı qarşılayıb. Pakistanın Xalq partiyasının rəsmiləri şəhərin mərkəzindən hava limanına qədər yüz minlərlə insanın yol kənarına toplaşdığını bildirib. Benazir Bhuttto Pakistanın təməlini qoyan Məhəmməd Əli Cinnahın məqbərəsi önündə təşkil edilən mərasimdə çıxış etməlidir. Şəhərdə təhlükəsizliyin təminat altına alınması məsqədi ilə minlərlə polis və yarı-hərbi qüvvələr yerləşdirilib. Belə ki, sabiq baş nazirə qarşı sui-qəsdlərlə bağlı çoxsaylı hədələr səslənmişdi. Benazir Bhutto isə bu təhdidilqəri rədd edərk, islamnın qadına hücumu yasaqladığını demişdir.
XS
SM
MD
LG