Accessibility links

Çin Xarici İşlər nazirliyi ABŞ-ın Pekindəki səfirinə etiraz notası təqdim edib


Çin Tibetin dini lideri Dalay Lamanın ABŞ Konqresinin ən yüksək mükafatı - Şərəf medalına layiq görülməsinə kəskin etirazını bildirib. Çinin xarici işlər naziriliyinin sözçüsü Liu Tsiançao müxbirlərlə söhbəti zamanı Birləşmiş Ştatların Çin-ABŞ münasibətlərinə ciddi ziyan vurduğunu deyib. O bildirib ki, indi Amerika əməlinin mənfi nəticələrinə dair konkret ölçülər götürməlidir. Bundan əlavə, Çinin xarici işlər nazirliyi Amerikanın Pekindəki səfirliyinə etiraz notası təqdim edib.

insan hüquqları, dini anlaşma və sülh sahəsində əvəzsiz töhfələrinə görə medalın Tibet lideri Dalay Lamaya verilməsi qərarı Konqres tərəfindən hələ bir il bundan əvvəl təsdiq edilmişdi. Çərşənbə günü medal şəxsən prezident Buş tərəfindən 71 yaşlı buddist rahib Dalay Lamaya təqdim edilmişdi. Pekin onu separatçılıqda, ABŞ-ı isə daxili məsələlərinə müdaxilədə günahlandırır.

XS
SM
MD
LG