NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin baş komandanı, ordu generalı Dan Makneyl bildirib ki, keçən ələ keçirilmiş silahlar ölkəyə İrandan gətirlib. General sentyabr ayının 5-də Əfqanıstanın qərb bölgəsində NATO qüvvələrinin İrandan gələn maşın karvanını saxladığını deyib. Ordu generalı bildirib ki, yüksək texnoloji partladıcı qurğuların İran ordusundan xəbərsiz şəkildə Əfqanıstana keçirildiyinə inanmaq çətindir. ABŞ rəsmiləri İranın Əfqanıstanda taliban yaraqlılarını silahla təchiz etməkdə günahlandırlar. İran prezidenti Mahmud Əhmədinejad bu ittihamları rədd edib.