Accessibility links

Fransada nəqliyyat işçilərinin tətili davam edir


Fransada iki gündür davam edən tətillər sərnişinlər üçün böyük çətinliklər yaradıb. Nəqliyyat xidmətlərinin bəziləri işlərini bərpa etsələr də, iki Həmkarlar İttifaqı tətilləri davam etdirir. Paris metrosu və regional qatar xidmətlərində problemlər hələ də qalır. Nəqliyyat və elektrik sənayesinin işçiləri çərşənbə gecəsindən 24 saatlıq tətilə çağırmışdı. Həmkarlar İttifaqları prezident Nikola Sarkozinin təqaüd islahatları planına etiraz edir. Lakin rəy sorğularına əsasən Fransada əksəriyyət hökuməti dəstəkləyir. Tətil Fransada son 12 ildə ən böyük tətil hesab edilir.

XS
SM
MD
LG