Accessibility links

Iraq Kürdüstanı özünü müdafiə edəcək


İraqın şimal kürd regionunun prezidenti Məsud Bərzani regionun özünü təcavüzdən müdafiə edəcəyini bildirib. Bərzaninin bugünkü bəyanatında Türkiyə ilə vəziyyətə dair dialoqa çağırılır. Məsud Bərzani deyib ki, PKK qiyamçıları ilə Türkiyə arasında müharibənin məsuliyyətini Kürdüstan daşımır. O, Kürdüstanın nə zorakılıqlara, nə də müharibəyə dəstək verdiyini bildirib. Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, PKK-nın İraqın şimalındakı düşərgələri məhv edilməli, PKK liderləri Türkiyəyə təhvil verilməlidir.

XS
SM
MD
LG