Accessibility links

Avropa Birliyinin Lissabon sammiti başa çatıb


Avropa Birliyinin liderləri ittifaqın təsisatlarına dair müqaviləni təsdiq etdikdən sonra 2 günlük Lissabon sammitini başa çatdırıblar. 27 üzv ölkədən olan rəhbərlər dünən aparılan danışıqların ardından bu gün səhər razılığa gəliblər. Hazırda Avropa Birliyinə rəhbərlik edən Portuqaliyanın baş naziri Xose Sokratesin sözlərinə görə, bu sənəd Avropanı güclü, daha inamlı və gələcək sınaqlara hazır edir. Diplomatların fikrincə, yeni müqavilə dekabrın 13-də imzalanacaq. Əgər bütün 27 üzv sənədi təsdiq etsə, o, 2009-cu ildə qüvvəyə minəcək. Müqaviləyə əsasən planlaşdırılmış Avropa Birliyi Konstitusiyasına dəyişiklik ediləcək. Qeyd edək ki, bu Konstitusiya 2005-ci ildə frazsız və holland seçiciləri tərəfindən qəbul edilməmişdi.

XS
SM
MD
LG