Accessibility links

İraqın İskəndəriyyə şəhərində partlayış olub


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın cənub bölgəsindəki İskəndəriyyə şəhərində yol kənarına yerlədşirilən bomba partlayışı 3 mülki vətəndaşın ölümü, 9 nəfərin yaralanması ilə nəticələnib. İraqın mərkəzində isə koalisiya qüvvələri tərəfindən axtarışda olan iki və terrorzmdə şübhələnilən 3 şəxs həbs edilib. Onların Müqdadiyyə şəhərindəki reydlər zamanı nəzarət altına alındığı bildirilir. Amerikanın başçılıq etdiyi qüvvələrin bu gün Bayju şəhərində 5 yaraqlını ələ keçirdiyi xəbər verilir.

XS
SM
MD
LG