Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətində bomba partlayışı nəticəsində ən azı 7 nəfər ölüb, 15 insan isə yaralanıb. Partlayış bu gün Dera Buqti kəndinin mərkəzi bazarında baş verib. Hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürən olmayıb. Rəsmilərin sözlərinə görə, yaraqlılar təhlükəsizlik qüvvələrini, qaz kəmərlərini və ərazidəki qaz sahələrini hədəfə alıblar. Neftlə zəngin Bəlucistandakı qəbilə yaraqlıları siyasi muxtariyyət və vilayətin təbii ehtiyatlarının gəlirlərinin böyük bir hissəsini tələb edirlər.