Accessibility links

Çin prezidenti hakimiyyətini möhkəmlədir


Çinin hakim Kommunist Partiyası Mərkəzi Komitədənin nizamnaməsinə bir sıra dəyişikliklər həyata keçirmiş və nəticədə Prezident Hu Cintaonun hakimiyyəti möhkəmlənmişdir. Partiyanın qurultayı öz işini bitirməzdən əvvəl Prezident Hunun elmi inkişaf haqda müddəasını nizmandaməyə əlavə edib. Təşəbbüs ətraf mühit problemlərinin həlli və yoxsullara yardım kimi hədəflərə yönəlib. Qurultay həmçinin 204 üzvlük yeni Mərkəzi Komitə seçib. Vitse prezident Zenq Cinqonq Komitəyə yenidən seçilməyib. Bu isə o deməkdir ki, Cinqonq 9 nəfərlik qüdrətli rəyasət heyətinin üzvlərini müəyyən etməyəcək. Mərkəzi Komitənin başqa iki üzvü bu il Rəyasət Heyətindən istefa verir.

XS
SM
MD
LG