Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, prezident Kurmanbek Bakiyev bu gün parlamentin buraxılmasına dair fərman imzalayıb. Bu, dünən konstitusiyada dəyişikliklərlə bağlı referendumun nəticələrinə əsaslanıb. Prezidentin icra aparatı seçkilərin nə zaman keçiriləcəyinin hələ müəyyən edilmədiyini bildirir. Lakin bəzi xəbərlərə əsasən seçkilər dekabr ayında baş tutmalıdır. Seçki rəsmiləri seçicilərin 75 faizinin konstitusiyada dəyişiklər edilməsinə dəstək verdiyini, bazar günü referendumunda elektoratın 80 faizinin iştirak etdiyini deyirlər.