Accessibility links

İraqda yol kənarına bombalar yerləşdirən bir qrup adam hədəf alınıb


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin sözçüsü Pegi Kaqeleyrinin bildirdiyinə görə, bu gün Bağdadın şimalında yol kənarına bombalar yerləşdirən bir qrup adam hərbi vertolyotlarla hədəf alınıb. Kaqeleyri deyib ki, evlərə tərəf qaçan həmin şəxslərə vertolyotlardan atəş açılması davam etdirilib və nəticədə azı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. O, yaralananların Tikrit şəhəri yaxınlığındakı xəstəxanaya çatdırıldığını və hadisə ilə əlaqədar araşdırmalar aparıldığını deyib.

Hərbiçilər mülki vərəndaşların ölümünə görə təəssüfləndiklərini bildirmiş və evlərdə gizləndiklərinə görə yaraqlıları günahlandırmışlar.

XS
SM
MD
LG