Accessibility links

İran prezidenti Ermənistan səfərini başa vurmayıb


İran prezidenti Mahmud Əhmədinejad iki günlük Ermənistan səfərini yarımçıq qoyaraq, vətəninə qayıdır. Rusiyanın İTAR-TASS xəbər agentliyi adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, İran prezidentinin bu qərarı İranda baş verən gözlənilməz hadisələrlə bağlıdır. Ermənistan rəsmiləri isə buna heç bir izahat verməyiblər. İranın dövlət başçısı bu gün Ermənistan parlamenti qarşısında çıxış etməli, Osmanlı İmperiyası tərəfindən qətlə yetirilən ermənilərin memorialını ziyarət etməli idi.

Dünən Ermənistan və İran prezidentiləri, Mahmud Əhmədinejad və Robert Koçaryan görüş keçirib, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi sahəsində razılıq əldə ediblər.

XS
SM
MD
LG