Accessibility links

Amerikanın səsinin Özbək xidmətinin Oşdakı müxbiri qətlə yetirilib


Amerikanın səsinin Özbək xidmətinin Qırğızıstanın Oş şəhərindəki müxbiri Əlişir Saipov bü gün axşam 6 radələrində ofisinin qarşısında güllə ilə vurulub öldürülüb. Şahidlərin sözlərinə görə, jurnalist yaxın məsafədən vurulub. BBC-nin özbək xidmətinin müxbiri Şahidə Tulaqanova deyib ki, Saipov Özbək təhlükəsizlik agentinin onu izlədiyinə görə narahatlığını bildirmişdi. Şahidlər qatilin hadisə yerindən qaçdığını bildiriblər. 26 yaşlı Saipov əslən Oşdandır. O, 2001-ci ildən Amerikanın səsinin Özbək xidmətinə Mərkəzi Asiya regionundan məlumatları çatdırırdı.
XS
SM
MD
LG