ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, İranın fəaliyyətləri, onun sözlərilə, Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına ən böyük hədədir. Bu gün Konrqesin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində ifadə verən Dövlət katibi Rays bildirib ki, İran hökuməti İran xalqı, onun qonşuları və regiona uzun müddət üçün zərər vuracaq siyasət yeridir. Xanım Rays İranı fələstinlilərin Həmas təşkilatının yaraqlılarına dəstək verməkdə ittiham edib. O həmçinin deyib ki, Birləşmiş Ştatlar və onun beynəlxalq tərəfdaşları İranın nüvə məsələsində ikitərəfli yanaşma tərzi axtarırlar.