Accessibility links

Corc Buş Kuba xalqının Fidel Kastro rejimindən xilas edilməsinə çağırıb


ABŞ prezidenti Corc Buş beynəlxalq ictimaiyyəti Kuba xalqının Fidel Kastro rejimindən xilas edilməsi və ölkədə azad cəmiyyətin qurulmasına yardım göstərməyə çağırıb. ABŞ Dövlət Departamentində Kuba dissidentlərinin ailə üzvləri qarşısında çıxış edən prezident Kubaya qarşı iqtisadi embarqoya çağırıb. Son dörd il ərzində Kuba ilə bağlı ilk rəsmi çxışı zamanı ABŞ-ın dövlət başçısı Kubanın repressiv həyat tərzinə diqqətləri cəlb etməyə çalışıb. O deyib ki, Kuba vətəndaşları azad söz və sərbəst fəaliyyətlərdən məhrum edilib. Kuba məktəbllilərinə üz tutan prezident Buş ki, Amerika haqda deyilən yalanlara inanmayın. “Biz sizdən ümid və azadlıq sevincini yaşamaqdan başqa heç nə istəmirik”-deyə preziden bildirib. ABŞ prezidenti çıxışını siyasətdə heç bir dəyişiklik edilməyəcəyi deyərək, Kuba rejimi tərəfindən rədd ediləcəyindən əmin olduğu yeni təkliflərlə bitirib. Bunlara Kuba tələbələrinə Ameirkada təhsil almaq üçün qratnlar verilməsi daxildir. Corc Buş kubalıların azad bazara malik olan bir cəmiyyət yaratmaları üçün beynəlxalq fondların təsis edilməsinə çağırıb.

XS
SM
MD
LG