Accessibility links

İrana qarşı yeni sanksiyalar tətbiq edilir


Amerika Birləşmiş Ştatları İran ordusu, 3 dövlət bankı və Yaxın Şərqdə terrorst fəaliyyətlərini dəstəkləyən 20 şəxsə qarşı iqtisadi sanksiyalar irəli sürüb. Qərar ABŞ dövlət katibi Kondoliza Rays və maliyyə naziri Henri Polson tərəfindən elan edilib. Onların bildirdiyinə görə, sanksiyalar kütləvi qırğın silahlarının yayılmasına görə İranın İnqilabi Qvardiyasına və terrorizmi dəstəklədiyinə görə elitar Əl-Qüds qüvvələrinə şamil ediləcək. Sanksilayar hər bir ABŞ vətəndaşı və özəl təşkilatın İranın maliyyə təsisatları və ya özəl şəxsləri ilə bütün maliyyə əməliyyatlarını qadağan edir.

XS
SM
MD
LG