Accessibility links

Əfqanıstan lideri əfqan xalqının hələ də yardıma ehtiyacı olduğunu bildirir


Əfqanıstan terrorimzl və taliblərə qarşı mübarizədə daha artıq səlahiyyətə malik olsa da, hələ beynəlxalq ictimaiyyətin yardımına ehtiyacı var. Bu, Əfqanıstan prezidenti Həmid Karzayın sözləridir. Həmid Karzay beynəlxalq ictimaiyyətin Əfqanıstanı tərk etməsi vaxtının gəlib çatdığına dair fikirləri rədd edib. O deyib ki, indi yalnız əfqan xalqının məsuliyyətinin artırılması vaxtıdır. Əfqanıstan prezidenti ABŞ və Böyük Britaniyanın başçılığı ilə beynəlxalq ictimaiyyətin Əfqanıstandakı proseslərə müdaxilə etməsinin olduqca böyük inkişaflara yol açdığını, lakin hələ görüləcək çox işin qaldığını bidlirib. Əfqan lideri bunları Britaniyanın baş naziri Gordon Braunla Londonda təşkil edilən birgə mətbuat konfransında deyib.

XS
SM
MD
LG