Accessibility links

İraqla Türkiyə arasındakı danışıqların ilk raundu başa çatıb


İraq rəsmisinin sözlərinə görə, kürd yaraqlılarının İraqdakı bazaları ilə əlaqədar Türkiyə ilə gərginliyin azaldılması məqsədilə keçirilən görüşdə tərəflər müsbət nəticələr əldə ediblər. Ankarada jurnalistlərə açıqlama verən sözçü deyib ki, müzakirələrin ilk raundu planlaşdırıldığı kimi keçib. Onun sözlərinə görə, müzakirələrin bu gün yenidən davam etdiriləcəyi gözlənilir. İraq nümayəndə heyəti Ankaraya dünən gəlmişdi. Türkiyə, iraqlıları sərhədlərini aşaraq PKK ilə mübarizə aparacağı ilə hədələyir. Ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan ABŞ-ın etirazlarına baxmayaraq, dünən demişdi ki, Türkiyə bu məsələdə qərarı özü verəcək. PKK Türkiyənin cənub-şərqində muxtariyyət almaq üçün 1984-cü ildən mübarizə aparır. Konflikt 30 mindən çox insanın həyatına son qoyub.
XS
SM
MD
LG