Accessibility links

Cənubi Koreya ABŞ ordusunun ölkədə qalacağını bildirib


Cənubi Koreya xarici işlər naziri ABŞ qoşunlarının yarımadada qalacağını deyib. Nazir Sonq Min-Sun bildirib ki, hətta sülh haqda razılıq əldə olunsa belə, ABŞ ordusu şimal-şərqi Asiyada təhlükəsizliyi qorumaq üçün burada qalacaq. Cənubi və Şimali koreya liderləri bu ayın əvvəlində keçirdikləri görüşdə hər iki ölkənin atəşkəs məsələsini müzakirə etmək üçün sammit təşkil edilməsinin tərəfdarı olduğunu demişdilər. Qeyd edək ki, ABŞ-ın Cənubi Koreyada 28000 əsgəri var.
XS
SM
MD
LG