Accessibility links

Prezident Buş Kaliforniya rəsmilərini alqışlayır


Prezident Buş həftənin əvvəlində baş verən yanğınlar zamanı Kaliforniya ştat rəsmilərilə ABŞ hökuməti arasındakı əməkdaşlığı alqışlayıb. Özünün həftəlik radio müraciətində prezident söyləyib ki, ştat və yerli rəsmilər böhrana yaxşı hazırlaşmış və fövqəladə situasiyada cəld və effektiv hərəkət etmişlər. Prezident Buş Cümə Axşamı Kaliforniya qubernatoru Arnold Şvartsneqqerlə bərabər ərazini gəzmişdir. Cənab Buş söz verib ki, evlərini itirmiş adamlara federal maliyyə yardımı veriləcək. Bu arada minlərlə cənubi Kaliforniyalı yanğınların qarşısının alındığı yerlərdə evlərinə qayıdırlar. Lakin havanın keyfiyyəti ərazidə pis olaraq qalır və rəsmilər bəzi yerlərin təhlükəli olduğunu deyirlər. İndiyədək yanğınlar nəticəsində 12 adamın öldüyü təxmin edilir.
XS
SM
MD
LG