Birləşmiş Ştatların Əfqanıstandakı hərbiçiləri bildirlər ki, koalisiya və əfqan hərbi qüvvələrini pusquya salmağa cəhd göstərən taliban yaraqlları ilə koalisiya əsgərləri arasında baş verən atışmalar zamanı 80-dən çox yaraqlı öldürülüb.
Koalisiya qüvvələrinin sözçüsü mayor Kris Belçer bildirib ki, Helmənd vilayətinin Musa Qala şəhərində əfqan və beynəlxalq hərbi qüvvələrin bir qrup əsgəri keşik çəkən taliban yaraqlıları qəflətən onlara hücum ediblər.
Mayorun sözlərinə görə, əsgərlər dərhal cavab atəşi açıblar. Onlar arasında atışma 6 saat davam edib. Mayor deyib ki, əməliyyat zamanı koalisiya və əfqan qüvvələri, habelə mülki vətəndaşlar arasında itkilər olmayıb.
Bu, 2001-ci ildə taliban rejimi hakimiyyətdən devrildikdən bəri taliban yaraqlılarının verdiyi ən böyük itkidir.
Bu arada, Əfqanıstan prezidenti Həmid Karzai Amerikanın CBS televiziyasına verdiyi müsahibəsində koalisiya qüvvələrini döyüşlərdə hərbi təyyarələrdən istifadə etməməyə çağıraraq deyib ki, mülki vətəndaşlar da belə hücumların qurbanı olurlar. O deyib ki, əfqan xalqı koalisiyanın təyyarələrdən nə üçün istifadə etdiyini başa düşmür.
ABŞ və NATO rəsmiləri deyirlər ki, taliban yaraqlılarına qarşı hücumlarda təyyarələrdən istifadə edilən vaxt mülki vətəndaşlar arasında itkilərin olmamasına çalışırlar.