Accessibility links

Dövlət Departamentinin sözçüsü Bakıda ABŞ səfirliyinin bir neçə günə normal fəaliyyətə başlayacağını deyib


ABŞ Dövlət Departamenti Bakıda Britaniya və Birləşmiş Ştatlar səfirliklərinin fəaliyyətlərini məhdudlaşdırılması ilə bağlı açıqlama verib. Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib ki, hələlik səfirlik ictimaiyyət üçün bağlıdır. "Mənim gözlədiyimə görə, bu gün və sabah məhdud qaydada fəaliyyət göstəriləcək. Səfirlik təhlükəyə dair informasiya əsasında düzgün addımlar ataraq, Azərbaycan hökumətilə yaxından iş aparır. İnanırıq ki, yaxın zamanda səfirlik normal iş ritminə başlayacaq. Səfirliyin təhlükə qarşısında olduğuna dair çox ciddi spesifik informasiya və ekstremistlərin səfirliyin işçilərinə xətər yetirə bilməsi planlarına dair məlumat mövcud idi. Biz Azərbaycan hökumətilə yaxşı iş apara bilmişik və bildiyimizə görə, hüquq-mühafizə orqanları bu təhlükə mənbəyilə əlaqədar əməliyyat aparır."

XS
SM
MD
LG