Accessibility links

Pərviz Müşərrəfin ofisi yaxınlığında bomba hücumu həyata keçirilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, Ramalpindi şəhərində prezident Pərviz Müşərrəfin hərbi qərargahı yaxınlığında baş verən intiharçı bomba hücumu azı 7 nəfərin ölümünə səbəb olub. Ravalpindi şəhərinin polis rəisi Səud Əziz deyib ki, hücum şəhərin mərkəzi küçəsində, Pərviz Müşərrəfin ofisi yaxınlığında baş verib.

Rəsmilər partlayış zamanı prezident Müşərrəfin ofisdə olduğunu və heç bir zədə almadığını bildirmişlər. Onlar eləcə də kimin hədəf alındığının aydın olmadığını deyirlər.

Qeyd edək ki, general Müşərrəf bundan əvvəl də ona qarşı edilən üç sui-qəsd hücumu cəhdlərindən xilas olub.

XS
SM
MD
LG