Accessibility links

Henri Kissincer ABŞ hökumətini İranla dialoqa çağırıb


Birləşmiş Ştatların keçmiş dövlət katibi Henri Kissincer ABŞ hökumətini nüvə proqramından silah istehsal etmək istəməkdə günahlandırılan İranla danışıqlara çağırmışdır. Cənab Kissincer bu sözləri Hindistanda etdiyi çıxışı zamanı dilə gətirib. Bu gün Dehlidə çıxışı zamanı Nobel mükafatı laureatı Kissincer beynəlxalq ictimaiyyəti də danışıqların baş tutmasında iştirak etməyə çağırıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar, Fransa və Britaniya Tehranın nüvə fəaliyyətləri ilə əlaqədar BMT-nin tələblərini yerinə yetirmədiyi təqdirdə İrana qarşı sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır. Çin və Rusiya isə sansiyalara qarşı çıxır. Tehranın nüvə proqramını dinc məqsədlərlə inkişaf etdirdiyini deməsinə baxmayaraq, Birləşmiş Ştatlar və digər hökumətlər İranın bunu nüvə silahı istehsal etmək məqsədi ilə etdiyini deyirlər.

Prezident Niksonun və prezident Fordun hakimiyyəti dövründə dövlət katibi vəzifəsində çalışmış Kissincer onunla Hindistanda səfərdə olan biznes liderlərinin və diplomatların Hindistanla ABŞ-ın nüvə razılıqları ilə heç bir əlaqələri olmadığını deyib. Dünən isə cənab Kisincer müxalifət partiyası Bharatiya Canatanın lideri ilə görüşüb.

XS
SM
MD
LG