Accessibility links

İraqda polis məntəqələrinə hücumlar davam edir


İraqın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, paytaxtda və şəhərin ətrafında baş verən bomba hücumları azı 16 nəfərin ölümünə, 26-nın isə yaralanmasına səbəb olub. Bu gün Balad Ruzda və Bağdadın şimalında baş verən hücumlar zamanı ölənlər arasında 6 nəfər polis işçisinin də olduğu bildirilir.

Birləşmiş Ştatlar hərbiçilərinin xəbərində isə deyilir ki, dünən Ninevah vilayətində bomba partlayışı nəticəsində iki Amerika əsgəri ölmüş, ikisi isə yaralanmışdır.

Bu arada İraqın xarici işlər naziri Xoşyar Zebari deyib ki, keçiriləcək həftəlik regional konfrans zamanı Türkiyə ilə sərhəd bölgələrdə təhlükəzislik məsələsi diqqər mərkəzində olacaq. Cənab Zebari bunu dünən, Bağdadda səfərdə olan iranlı həmkarı Mənuçəhr Möttəki ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

XS
SM
MD
LG