Accessibility links

Dövlət Departamentinin qərarı ABŞ diplomatları tərəfindən qəzəblə qarşılanıb


Amerikanın 300-ə yaxın diplomatı Dövlət Departamentinin müharibə zonasına işçilərini məçburi şəkildə xidmətə göndərilməsi qərarına qəzəblə etirazlarını bildirib. Bəziləri bunu potensial ölüm cəzası adlandırıb.

Dövlət Departamenti keçən həftə işdən kənarlaşdırma təhdidiləri ilə bəzi diplomatların məcburi şəkildə ABŞ-ın Bağddakı səfirliyi və vilayətlərindəki nüamyəndəliklərində xidmət göstərəcəyinə dair qərar qəbul edib. 200-lə 300 arasında əsas namizədlər siyahısına salınan diplomatlar ABŞ-ın İraqdakı səfirliyində 48 vakansiyanı doldurmalıdır. Onlar 10 gün ərzində hə, və ya yox cavabı verməlidir. Müsbət cavab kifayət etməsə, icbari ölçülərə əl atılacaq. Diplomatları təyinatların etika baxımından düzgün olmaması narahat edir. İraqda hələ indiyədək bir diplomat belə öldürülməsə də vəziyyət təhlükəli hesab edilir.

2003-cü ildən Dövlət Depaermanetinin 11 500 işçisindən 1200 nəfəri İraqda xidmət göstəirb. Səfirlik kompleksinin tikintisi inşaat problemlərinə görə yubadılır. Etiraz toplantısında ABŞ dövlət katibi Kondoliza Rays iştirak etməyib.

XS
SM
MD
LG