Accessibility links

ABŞ dövlət katibi Türkiyədədir


ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İraqın şimalındakı kürd üsyançılarının bazalarından çıxarılması ABŞ, İraq və Türkiyədən qətiyyət tələb edəcək. Bu gün Ankarada Türkiyənin xarici işlər naziri Əli Babacanla təşkil edilən birgə mətbuat konfransında ABŞ dövlət katibi 3 dövlətin ortaq düşmən-PKK yaraqlıları ilə mübarizəyə əhatəli şəkildə yanaşmalı olduğunu deyib. Lakin Kondoliza Rays eyni zamanda əməliyyatların İraqda sabitlsizliyə yol aça biləcəyinə dair xəbərdarlıq da verib. Türkiyə səfəri çərçivəsində ABŞ dövlət katibi baş nazir Rəcəb Tayyip Ərdoğan və prezident Abdulla Güllə görüş keçirib. Sabah Kondoliza Rays nazirlər səviyyəsində İraqla bağlı İstanbul görüşündə iştirak etməlidir.

XS
SM
MD
LG