Accessibility links

Pakistanda fövqəladə vəziyyət elan edildi


Pakistan prezidenti Pərviz Müşərrəf təhlükəsizlik qüvvələri ilə keçirdiyi təcili yığıncaqdan sonra bu gün televiziya ilə çıxışında çevriliş təhlükəsinin olduğunu və bu səbəblə ölkədə fövqəladə vəziyyət elan edildiyini bildirib. Bu səbəblə ölkənin bir neçə şəhərində özəl televiziya kanalları bağlanmış, İslamabadda telefon xətləri kəsilmişdir. Şahidlər Ali Məhkəmə binmasının təhlükəsizlik qüvvələri tərəfindən mühasirərə alındığını bildirmişlər.

Dünən Svat Vadisi regionunda İslamçı yaraqlılar 120 nəfərdən ibarət polis işçisini və təhlükəsizlik qüvvələrinin əməkdaşını girov götürmüşlər. Qeyd edək ki, keçən həftə İslamçı yaraqlılarla mübarizə məqsədi ilə Svat Vadisinə 2 500 nəfərdən ibarət hərbi qüvvə göndərilmişdi.

XS
SM
MD
LG