Accessibility links

Meksikada daşqınlar baş verib


Meksikanın cənubundakı Tabasko ştatında baş verən daşqınlar nəticəsində bir milyona yaxın insan evsiz –eşiksiz qalıb. Bir neçə gün davam edən güclü yağışlar neftlə zəngin olan sahil regionların su altında qalmasına səbəb olub. Televiziya ilə insanların damların üstündə duraraq xilas edilmələrini gözlədikləri kadrlar nümayiş etdirilib. İnsanların eləcə də ərzaqsız və susuz qaldığı xəbər verilir. Prezident Filip Kalderonun vəziyyətlə yaxından tanış 9olmaq üçün dünən Tabasko ştatına getdiyi bildirilir.
XS
SM
MD
LG