Accessibility links

Yapon müxalifətinin lideri istefa verir


Yaponiyanın aparıcı müxalifətinin rəhbəri hakim partiyadan gələn hakimiyyət bölüşməsi haqda təklif üzrə yaranmış qalmaqalın məsuliyyətini üzərinə götürmək üçün vəzifəsindən istefa verəcək. İçiro Ozava Yaponiya Demokrat partiyasının rəhbəri vəzifəsini tərk edir. O, baş nazir Yasuo Fukudanın hakimiyyət bölgüsü haqda xahişini dərhal rədd etmədiyinə görə tənqidlə üzləşir. Cənab Fukudanın bu təklifi parlamentdə yaranmış vəziyyətin həll olunmasına yönəlmişdi. Demokratların çoxluq təşkil etdiyi parlamentin aşağı palatasında müqavimətlə üzləşən qanun layihələrindən biri də Əfqanıstanda anti-terror əməliyyatlarına dəstək məsələsidir. Müxalifət Yaponiya gəmilərinin Əfqanıstanda fəaliyyət göstərən ABŞ qüvvələrini yanacaqla təmin etməsinin əleyhinə çıxır.
XS
SM
MD
LG