Pakistan hökuməti yanvar ayına təyin edilən ümummilli seçkilərin təxirə salına biləcəyini deyir. Baş nazir Şövkət Əziz hökumətin yeni seçkilər keçirməsinin bir ilədək vaxt apara biləcəyini deyib. Bu gün müxbirlərlə görüşü zamanı informasiya naziri Tariq Əzim Xan seçkilərin tarixinin dəyişdirilməsini dünən elan edilən fövqəladə vəziyyətlə əlaqələndirib. Sabiq baş naziri Nəvaz Şərifin partiyasına rəhbərlik edən şəxs də daxil edilməklə, yüzlərlə müxalifət üzvü nəzarət altına alınıb. Cavid Haşminin həbsi prezident Pərviz Müşərrəfin Pakistan konstitusiyasının qüvvədən salması və ali məhkəmənin baş hakimini işdən kənar etməsindən sonra baş verib.